Salam hörmətli pasient ! Sidik daşı nedir dedikdə, sidik çıxarıcı yolların hər hansı bir səviyyəsində daşın əmələ gəlməsi başa düşülür. Sidik daşı xəstəliyi – urolitiaz, uro sidik, litos daş deməkdir . ( Boyrek dası mualicesi Bakida)
Sidik daşı xəstəliyi daşın yerləşdiyi yerə görə 4 formada təzahür edə bilir:
Daşlar əsasən böyrəkdə və sidik kisədə əmələ gəlir. Sidik axarı daşları böyrəkdən düşmüş daşlardır. Adətən ölçüsü 1 sm – dən kiçik olan daşlar hər hansı kəskin hərəkət, idman zamanı böyrəkdən sisik axarına düşür. Bu zaman sidiyin böyrəkdən sidik kisəyə axma prosesi pozulur. Böyrək ləyəni sidiklə dolur, genişlənir. Nəticədə isə xəstədə müvafiq tərəfində şiddətli ağrı yaranır. Buna böyrək sancısı deyilir. Sidik kanalı daşları isə sidik kisəsində əmələ gələn daşlarıdır. Yaxud da böyrəkdən sidik kisəyə düşmüş daşlardır. Çox nadir hallarda sidik kanalında daş yarana bilir. Bu hal əsasən sidik kanalında daralma yaxud divertikul olan xəstələrdir. Divertikul dedikdə sidik kanalının divarının şarabənzər şəkildə genişənməsidir. Başqa bir formada buna sidik kanalının yırtığı da demək olar.
Ümüd edirəm ki, saytımız sizə faydalı ola biləcək bir çox məlumatlarla zəngindir. Belə ki, siz burada böyrək daşı xəstəliyi ilə əlaqədar yarana biləcək bütün suallara cavab tapa biləcəksiz. Saytdan alacağınız tövsiyyə və məsləhət xarakterli məlumatlar, sizin sağlam olmağınıza kömək edəcək. Bununla da sidik daşı ilə əlaqədar yarana biləcək dözülməz ağrılardan uzaq qalacaqsınız. Xüsusən də yaxın qohumlarında sidik daşı xəstəliyi olub özləri sağlam olan insanlar. Çünki, saytımız yalnız sidik daşı ( böyrək daşı ) xəstəliyinə həsr olunub. Uroloji sistemin digər xstəlikləri ilə əlaqədar daha ətraflı məlumat https://androloq.az/ , https://prostatvezi.az/ və https://varikosele.az/ saytlarında.
Ekologiyanın pozulması, cod su qəbulu, ümumi qəbul olunan mayenin azlığı, kəskin və ədviyyatlı qidalar.
Pestisidlərlə zəngin tərəvəz və meyvələr, az hərəkətli həyat tərzi, çox yemək, piylənmə və daş əmələgəlməyə irsi meyillik və. s.
Bütün digər faktorların təsirindən böyrəklərdə daş əmələ gələ bilir. Dünya əhalisinin 0,5 – 5,5 % – i sidik daşı xəstəliyindən əziyyət çəkir. Yenidoğulmuş körpədən tutmuş ahıl yaşda olan insanlara qədər hamıda rast gəlinə bilir. Ən çox isə 20 – 60 yaş arasında olan insanlarda aşkarlanır. Dünyada bir sıra ərazilər vardır ki, sidik daşı xəstəliyi bu ərazilərdə yaşayan insanlarda daha tez – tez aşkarlanır. Bu ərazilərdən biri də Qafqaz, o cümlədən Azərbaycan ərazisidir. Xəstəlik qadınlara nisbətən kişilərdə daha tez – tez aşkarlanır.
Qadınlarda xəstəliyin daha ağır formalarına, məsələn mərcanvari daşlara daha çox rast gəlinir. Bunun əsas səbəbi isə qadınlarda böyrək iltihab xəsttəliyinin ( pielonefrit ) daha tez – tez olmasıdır. Pielonefritin qadınlarda daha tez – tez olması isə xarici cinsiyyət orqanlarının qruluşu ilə və hamiləliklə əlaqədardır. Belə ki, hamiləlik zamanı ana bətnində olan döl böyüdükcə sidik kisə və sidik axarlarını sıxır. Həmçinin, hamiləlik zamanı orqanizmdə gedən hormonal dəyişikliklər fonunda sidik axarlarının əzələ tonusu zəifləyir, daha seyrək yığılır. ( Ətraflı pielonefrit bölümündə )
Həmçinin aranızda böyrək sancısı olanlar və bu dözülməz ağrını yaşayanlar da var. Əlbəttə ki, sözlə ifadə oluna bilməyəcək şiddətli ağrıdan söhbət gedir.
Xəstəliyin əsas müalicə prinsipi daşın xaric edilməsi, fəsadlarının və təkrar əmələ gəlməsinin qarşısının alınmasıdır. Buna baxmayaraq böyrəyindən, yaxud sidik yollarından daş çıxardılan, həmçinin özbaşına daş düşürdən xəstədə sonrakı 10 il ərzində təkrari daş yaranma ehtimalı 50 % – dən artıqdır. Bu isə o deməkdir ki, daş ilə əlaqədar əməliyyat olunun hər iki xəstədən birində növbəti 10 il ərzində təkrar daş aşkarlanır.
Bəs sizdə böyrək sancısı olarsa yaxud təsadüfən böyrəyinizdə daş aşkarlanarsa necə davranmalısız ? Bu haqda ayrı – ayrı məqalələrdə daha geniş məlumat verəcəyəm. Nə vaxt bitki dəmləmələri, dieta, müalicəvi gimnastika, düzgün həyat tərzi, nə vaxt həkimə müraciət etməli ? – bu barədə də eşidəcəksiniz.
Sidiyin böyrəkdən sidik axarı ilə fasiləsiz şəkildə sidik kisəsinə axmasının hər hansı bir səbəbdən pozulması nəticəsində böyrək ləyəninin genişlənməsindən yaranan ağrı böyrək sancısıdır. Belə ki, əgər sidik axarı daşla tutularsa, böyrəkdəki sidik sidik kisəyə axa bilmir. Yığılan sidik böyrək ləyənini genişləndirir. Böyrək sancısının əsas səbəbi məhz bu genişlənmədir. Sancının ən çox rast gəlinən səbəbi böyrək ləyəni daşları və sidik axarı daşlarıdır. Ona görə də xəstədə böyrək sancısının olması həkimi vadar edir ki, sidik daşı xəstəliyinin olması barədə düşünsün. Baxmayaraq ki, sidik axarı keçiriciliyinin kəskin pozulması ilə müşahidə olunan bir sıra digər hallarda da böyrək sancısı yarana bilər. (Boyrek dası mualicesi Bakida )
Qan laxtası, irin, selik yığıntısı, böyrək vərəmində kazeoz kütlə ilə sidik axarının mənfəzi tutularsa. Kazeoz kütlə vərəm zamanı böyrək toxumasının dağılması, destruksiyası ilə əlaqədar yaranan kütlədir.
Həmçinin, şiş xəstələrində dağılma mərhələsində olan şişin hissələri axarı tıxaya bilər.
Bundan başqa kistanın divarından qopan hissələr də sidik axarı mənfəzini tuta bilər.
Sidik axarının nəzərəçarpacaq qatlanması ( əyilməsi ) ilə müşahidə olunan böyrək sallanması.
Xaricdən şiş toxuması yaxud böyümüş limfa düyününün sidik axarını saxması və keçiriciliyinin pozulması olarsa.
Travma nəticəsində böyrək kapsulası altında hematomanın yaranması, böyrək venasının trombozu ilə əlaqədar böyrəkdən gedən venoz qanın lənginməsi və.s . Göründüyü kimi böyrək sancısını yarada bilən səbəblər çoxdur.
Sidik axarı mənfəzinə düşən hər hansı bir maneənin təsiri nəticəsində sidiyin böyrək ləyənindən sidik axarı vasitəsilə sidik kisəsinə boşalması pozulur. Böyrəkdə isə sidyin əmələgəlmə prosesi davam etdiyi üçün, əmələ gələn sidik, sidik axarı vasitəsilə sidik kisəsinə axa bilmir. Ona görə də sidik, axarın maneədən yuxarı hissəsində yığılaraq həm sidik axarını, həm də böyrək ləyənini və kasacıqlarını genişləndirir. Nəticədə isə həm sidik axarı, böyrək ləyəni və kasacıqları sidiklə dolaraq gərginləşir. Bu isə şiddətli ağrıya səbəb olur.
Sidik axarı əzələvi orqandır. Mənfəzinə hər hansı maneə düşdükdə sidik axarı müxaniki olaraq qıcıqlanır. Qıcığın təsirindən o daha güclü yığılır ki, mənfəzindəki maneəni daha tez xaric etsin. Bu isə öz növbəsində sidik axarı mənfəzinin daha çox daralmasına və sidiyin axmasınan daha da çətinləşməsinə səbəb olur və ağrı güclənir. Sidik axarı spazmını azaltdıqda isə sidiyin sidik axarı divarı ilə onun mənfəzinə düşmüş maneənin arasından sızması mümkün olur. Beləliklə də böyrəkdəki gərginlik, nəticədə isə ağrı azalır. ( Boyrek dası mualicesi Bakida )
Böyrək ləyənində və kasacıqlarda sidik uzun müddət toplanaraq oranı gərginləşdirərsə nə olar ? Sidik axarının keçiriciliyi bərpa olunmazsa toplanmış sidiyin böyrək ləyənindən və kasacıqlardan geriyə, qana sorulma prosesi baş verir. Buna pielovenoz reflüks deyilir. Nəticədə böyrək qan dövranı pozulur, böyrəyin parenximası ( funksional toxuması – ətli hissəsi ) zədələnir, xəstədə ümumi intoksikasiya əlamətləri güclənir. Ümumi intoksikasiya əlamətləri dedikdə ümumi halsızlıq, iştahasızlıq, baş ağrısı, bədən temperaturunun yüksəlməsi, dərinin və selikli qişaların avazıması, təzyiqin düşməsi, ürəkbulanma, qusma, bəzən qıcolma şəklində də müşahidə olunur. Sidiyin axarı təmin olunmazsa, sidiyin qana sorulması nəticəsində böyrək parenximası zədələnir. Bildiyimiz kimi sidik çox toksiki, zəhərli maddədir, onun bu toksikliyinə, kimyəvi aşındırıcı, yandırıcı təsirinə insanın ömrü boyu yalnız sidik yollarını daxildən örtən uroteli adlanan toxuma dözür.
Digər toxumalar isə sidiyin təsirinə dözümsüzdür, onlara kimyəvi dağıdıcı təsir göstərir. Əgər insan əli bir gün ərzində sidikdə qalarsa dərisində yara əmələ gəlir.
Baxmayaraq ki, sidik özü böyrəkdə əmələ gəlir, böyrəkdəki sidiyin geriyə böyrəyə, böyrək damarlarına sorulması böyrək toxumasını qıcıqladırır və olan iltihabı prosesin kəskinləşməsinə yaxud yeni iltihabı prosesin yaranmasına səbəb olur. İltihabın nəticəsi olaraq böyrək toxuması ödemləşir ( şişir, həcmi artır ), nəticədə isə həm böyrək kapsulu gərginləşir həm də böyrək ləyəninə olan təzyiq artır. Beləliklə bir tərəfdən böyrək ləyənində olan təzyiq yüksələrək ləyəni və kasacıqları genişləndirir. Digər tərəfdən isə böyrək parenximasında yaranmış iltihabın təsirindən böyrək ləyəni sıxılır. Bunun nəticəsində də sidiyin böyrəkdən qana sorulması daha da artır, ağrı daha da güclənir, ağrının təsirindən ( qanda katexolaminlər – damardaraldıcı maddələr artır və təzyiq yüksəlir ) böyrək damarlarında da spazm yaranır və böyrək qan dövranı pozulur və.s ( qüsurlu dövran qapanır ).
Böyrək sancısı zamanı ağrının lokalizasiyası ( yeri ) və irradiasiyası ( ötürüldüyü nahiyyə ) sidik axarının keçiriciliyinin pozulduğu səviyyədən asılıdır. Əgər daş böyrək ləyənində yaxud sidik axarının yuxarı 1/3 – də yerləşirsə ağrı yalnız böyrək nahiyyədə və qismən müvafiq tərəfin qabırğaaltı nahiyyəsində olacaq.
Daş yaxud digər maneə sidik axarının orta 1/3 – də yerləşirsə ağrı həm böyrəkdə, qismən qabırğaaltı nahiyyədə, sidik axarı böyunca qarının müvafiq tərəfində olmaqla və cinsiyyət orqanlarına ötürülür. Sidik axarının aşağı 1/3 – nin daşları qarının müvafiq tərəfində və qasıq hissədə, sidik kisə proyeksiyasında olur. Həmçinin budun icəri səthinə, müvafiq tərəf cinsiyyət orqanlarına irradiasiya edir. Sadalanan ağrılar sidik ifrazı ilə əlaqədardırsa, yaxud sidik ifrazı zamanı artırsa və kişilərdə cinsi orqanın başına, qadınlarda xarici cinsiyyət orqanlarına ötürülürsə böyük ehtimalla daş sidik axarının aşağı 1/3 hissəsindədir. Daha doğrusu sidik axarının sidik kisəyə lap yaxın hissəsindədir. Daş nə qədər aşağıda yerləşərsə sidik ifrazı ilə əlaqəli əlamətlər daha kəskin və qabarıq olar. ( boyrek daşı nedir )
Böyrək sancısı zamanı ağrının kəskinliyi sidik axarı mənfəzinin keçiriciliyinin nə drəcədə pozulmasından asılıdır. Sancısı həmişə kəskin başlayır və elə şiddətli olur ki, hətta pasient ağrının intensivliyindən panikaya düşüb huşunu itirə də bilir. Adətən sancının şiddətindən xəstə bir yerdə qala bilmir. Uzandığı yerdə qıvrılır, bükülür, gah ayağa qalxır gah uzanır və heç bir vəziyyətdə sakitləşmir. Sancının davametmə müddəti adətən 30 – 40 dəq ərzində olur və təqribən 30 – 40 dəq fasilələrlə yenidən təkrarlanır. Bu hal daha çox sidik axarına düşmüş daşın yaxud digər maneənin ( qan laxtası və.s ) miqrasiyası, yerdəyişməsilə əlaqədərdir. Bir sıra hallarda isə ağrı çox kiçik fasilələrlə bir neçə dəfə şiddətli təkrarlanır.
Bəzən sidik axarının mənfəzini bir neçə konkrement ( daş və . s ) yaxud amorf duzlar tutur. Belə halda isə daşlardan biri düşdükdə nisbətən yüngülləşmə olsa da yenidən təkrari sancı başlayır. Böyrək sancısı olan xəstələrdə çox tez – tez sidikdə qan aşkarlanır. Sidikdə qanla müraciət edən xəstələrin böyük əksəriyyətində də böyrək daşı aşkarlanır. Əgər sidikdə qanın olması böyrək sancısından sonraya təsadüf edirsə deməli böyük ehtimalla sancının səbəbi daşdır. Əksinə olaraq, sidikdə qan sancıdan əvvəl yaranıbsa böyük ehtimalla sancının səbəbi axarı tıxamış qan laxtasıdır. Bu həmçinin kazeoz kütlə ( böyrək vərəmi zamanı böyrək toxumasının dağılması, destruksiyası zamanı yaranan kütlə ) də ola bilər. Belə hallar daha çox dağılma mərhələsidə olan böyrək şişləri və böyrək vərəmi zamanı rast gəlinir.
Böyrək sancısı yuxarıda sadalanan xarakter əlamətlərinə görə qarın boşluğu orqanlarının kəskin cərrahi xəstəliklərindən fərqlənir. Bəzən ağrı daha şiddətli olduqda xəstədə həzm sistemi şikayətləri yaranır. Bunlara ürəkbulanma, qusma, qəbizlik, bağırsaq keçməməzliyi əlamətləri və . s . aiddir. ( Boyrek dası mualicesi Bakida )
Bir sıra hallarda, daş sidik axarının aşağı 1/3 – də olduqda xəstədə tez – tez nəcis ifrazına çağırışlar olur. Xəstədən, yaxud yaxınlarından ağrının xarakteri ilə bağı soruşduqda məlum olursa ki, ağrı qəfildən yaranıb, xəstənin vəziyyətinin dəyişməsilə ağrının intensivliyində ciddi bir fərq yoxdur, yaxud ağrı qəfildən yox olursa deməli daha çox böyrək sancısından şübhələnmək lazımdır. Ağrının bu xarakteri sidik axarına düşmüş daşın yerdəyişməsi və bununla da sidiyin böyrəkdən sidik axarına axmasının müvəqqəti təmin olunması ilə əlaqədardır. Böyrək sancısı adi sakit vəziyyətdə olduqda da yarana bilər. Lakin əksər hallarda böyrək sancısı aşağıdakı hallarda yaranır. Fiziki işdən, hoppanma, tullanmadan sonra, qaçmaqdan, kələ – kötür yolda hərəkət etməkdən, silkələnmədən və . s sonra yaranır.
Böyrək sancısı diaqnozunun dəqiqləşməsində xəstədən soruşulan anamnez məlumatlarının böyük əhəmiyyəti vardır.
Adətən böyrək sancısı olan pasientlərdə ilk olaraq döyəcləmə ( Pasternatski ) simptomu yoxlanılır. Xəstə ayaqüstü yaxud oturaq vəziyyətdə arxası həkimə tərəf durur. Həkim ağrı olan tərəfə yumruğunun kənarı ilə mülayim dərəcədə ( ehmalca ) döyəcləyir. Bu zaman kəskin ağrının olması və sancının yaranması xəstədə böyrək sancısı olması barədə düşünməyə əsas verir. Lakin müasir zamanda təkcə döyəcləmə simptomunun müsbət olmasına görə xəstədə böyrək sancısı olduğunu demək düzgün olmaz. Çünki bizim imkanlarımız daxilində ən azından sidiyin ümumi analizi və usm müayinəsi olunmalıdır. Yalnız bundan sonra daş müəyyən olunarsa lazımi müalicə təyin olunmalıdır. ( Boyrek dası mualicesi Bakida )
Əgər sidik analizinə və usm nəticəsinə əsasən daşa şübhə olmasına baxmayaraq, daş və onun yeləşdiyi nahiyyə müəyyən olunmursa bizim köməyimizə KT ( kompuer tomoqrafiya ) gəlir. KT müayinəsində biz nəinki daşın özünü görə bilirik, hətta onun ölçüsünü, formasını, sıxlığını müəyyən edirik. Bunlara əsasən də daha optimal müalicə metodunu seçə bilirik. Şəkildəki KT müayinənin nəticəsində hər iki böyrəkdə ( 1 ) və sağ sidik axarında ( 2 ) daş olduğu göstərilmişdir.
Sidiyin ümumi analizində daşla əlaqədar olan böyrək sancısı üçün daha çox xarakter hesab olunan sidikdə dəyişilmiş və dəyişilməmiş eritrositlərin olmasıdır. USM – də əksər hallarda daşı müəyyən etmək olur. O hallarda ki, USM – də daşı təyin etmək olmur yaxud daş olub olmamasına şübhə olduqda KT müayinəsini edirik. Əgər KT müayinədə də daş müəyyən ounmursa böyrək sancısını verə bilən digər səbəblər araşdırılır. Belə olduqda müxtəlif kombinasiyada digər müayinə metodları aparılır. Zərurət olduqda ekskretor uroqrafiya yaxud MRT ( maqnit rezonans tomoqrafiya ) müayinəsi edilir. Böyrək sancısını aşağıdakı xəstəliklərdən fərqləndirmək lazımdır. Appendisit, öd daşı xəstəliyi, boru hamiləliyi, yumurtalıq kistasının burulması, boğulmuş yırtıq, bəzən də pankreatit və 12 – barmaq bağırsaq xoraları, qabırğaarası nevralgiya, osteoxandroz ilə fərqləndirmək lazım gəlir. ( Boyrek dası mualicesi Bakida )
Böyrəkdə sancısı olan xəstə mütləq hospitalizasiya edilməlidir. Sancının səbəbi dəqiqləşdirilməli və adekvat müalicə təyin olunmalıdır. Sancının səbəbi dəqiqləşdirilənə qədər əsasən ağrıkəsicilərdən istifadə olunur.
Əgər dəqiqləşdirilsə ki, sancının səbəbi daşdır, müalicəni isti proseduralardan başlamaq lazımdır, isti vanna, qrelka. İsti vannada uzandıqda yaxud 25 – 30 dəq qrelka qoyduqda böyrək nahiyyəsinə, bədən ümumilikdə rahatlanır. İstidən dəri və dərialtı damarlar genişlənir, hətta böyrək qan dövranı artır, sidik axarları genişlənir. İsti proseduralarla yanaşı sidik axarlarının əzələlərinin tonusunun azalmasını, boşalmasını, genişlənməsini təmin etmək lazımdır. Həmçinin iltihab əleyhinə dərman preparatlarından istifadə etmək vacibdir. Əgər sancı kəsilməsə mütləq sidik axarına stent qoyulmalıdır ki, böyrəkdəki sidik, sidik kisəsinə rahat boşalsın. Bir neçə gündən sonra isə kontakt lazer litotripsiya əməliyyatı icra olunar. Bu əməliyyat endoskopik yolla, sidik kanalından keçməklə aparılır. Ucluğu çox yüksək dəqiqlikli görüntü verən kamera ilə təchiz olunmuş endoskopla sidik kanalından keçməklə əvvəlcə sidik kisəyə daxil olunur, baxılır. Daha sonra sidik axarına girilir. Görüntü ekrana ötürülür və həkim vizual görüntü altında daşı parçalayır.
Daş xəstəliyinin müalicəsi demək olar ki, bütün hallarda endoskopik üsularla aparılır. Sidik kisə və sidik axarı daşları sidik kanalından keçməklə parçalanır , böyrək daşları isə bel nahiyyəsində 1sm – lik dəlikdən keçməklə. Bu barədə daha ətraflı digər məqalələrdə ətraflı yazılıb. Qısaca olaraq bildirmək istəyirəm ki, sidik kanalından keçməklə böyrək daxilində olan daşın parçalanması fleksibl lazer nefrolitotripsiya adlanır. Böyrək daxilində olan daş böyükdürsə bu halda xəstə üzü aşağı vəziyyətə çevrilir. Sonra isə bel nahiyyəsindən 1 sm dəlikdən böyrəyə daxil olunur. Buna perkutan nefrolitotripsiya deyilir. Hal hazırda bu alətlər daha da təkmilləşib 0,5 sm dəlikdən aparılır bu əməliyyat və mini perk, yaxud mini perkutan adlanır.
Hörmətli pasient, sidik daşı ( böyrək daşı xəstəliyi ) haqqında ətraflı məlumatı aşağıdakı linklərdədə oxuya bilərsiniz.
Ziyad Əliyev
Həkim uroloq-androloq
© 2006-2017 Ziyad Əliyev - Bütün hüquqlar qorunur
Created by SiteMaster.az