Sistin daşları
Böyrək daşı yaxud sidik daşı xəstəliyi çox geniş yayılmış xəstəlikdir. Hər 100 nəfərdən 5 – də sidik daşı aşkarlanır. Sidik yollarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur. Daşlar sidiyi tərkibində olan maddələrin kristallaşması nəticəsində yaranır. Ən çox rast gəlinən daşlar oksalat, fosfat və urat turşusunun daşlarıdır. Daşların 60 % – dən çoxu qarışıq tərkiblidir. Urat daşları bir mənalı olaraq böyrəkdə əmələ gəlir. Sidik daşı xəstələrinin 1 – 2 % ni sistin daşları təşkil edir. Sistin daşları əsasən o insanlarda yaranır ki, onların sidiyində sistinin miqdarı normadan yüksək olur. Buna sistinuriya deyilir. ( Boyrek dasi – sistin daşları )
Sistinuriya
Sistinuriya, tərkibində kükürd olan aminturşuların ( sistin, ornitin, lizin, arginin ) mübadilə pozğunluğu olan insanlarda rast gəlinir. Digər amin turşulara nisbətən sistin demək olar ki, sidikdə həll olmur, ona görə də kristallar əmələ gətirir.
Sistinuriya irsi patologiyadır. Normalda sutkalıq sidiklə xaric olan sistinin miqdarı 80 mq – dan az olduğu halda, sistinuriya zamanı sidikdə sistinin miqdarı 400 – 1000 mq – a qədər yüksəlir. Sistin çox çətin həll olan maddə olduğundan asanlıqla kristallaşır və böyrəkdə, sidik yollarında daşların əmələ gəlməsinə səbəb olur. Onun həll olması sidiyin ph ( turşu – qələvi müvazinəti ) göstəricisindən asılıdır. Sistinin həll olma xüsusiyyətini artırmaq üçün sidiyin ph göstəricisi 7,5 dən yüksək olmalıdır və bunun üçün maye qəbulunu artırmaq lazımdır. Gün ərzində 3,5 litr maye qəbul etmək lazımdır sidiyin turşluğu azalsın və qələvi xarakterli olsun. Sidik daşı olan xəstələr bilməlidirlər ki, su onlar üçün ən yaxşı dərmandır.
Sistin daşı olan xəstələrdə təkrarən daş yaranma riski yüksəkdir.
Diaqnostika
USM və komputer tomoqrafiya müayinəsi
Müalicəsi
Digər daşlarda olduğu kimi daşın ölçüsü və yerləşdiyi yer müalicə taktikasına ciddi təsir göstərir. Əgər daş sidik axarındadırsa kontakt lazer litotripsiya əməliyyatı aparılır. Böyrəkdədirsə 1 sm – dən kiçik daşlar distansion litotripsiya, 1 sm – dən böyük daşlar perkutan nefrolitotripsiya əməliyyatı ilə xaric edilir.
Profilaktika
Zülali qidalardan az yemək ( ət, balıq, yumurta, süd ) lazımdır. Çünki, zülali qidalar aminturşulara parçalanaraq sidiyin turşuluğunu artırır. Bu da sistin daşlarının yaranmasına şərait yaradır.
Meyvə tərəvəz çox yemək, maye çox içmək lazımdır ki, sidiyin turşuluğu azalsın.