Uroloq Ziyad Əliyev : Sizin sağalmağınızdan zövq alırıq

Urologiya da müasir təbabətin bütün digər sahələri kimi çox sürətlə inkişaf edir. ( Uroloq Bakida )

Ən yaxşı uroloq Bakıda

Boyrekdasi.az – ı yaratmaqda məqsədimiz müasir dünya standartlarını və protokollarını ölkəmizə gətirmək, onları uğurla tətbiq etməkdir. Beləliklə biz fəaliyyətə başlayandan minlərlə pasientimiz üçün böyrək daşının müalicəsi ən müasir dünya standartlarına uyğun şəkildə əlçatan olmuşdur. Biz bundan qürür duyuruq.

Uroloq Ziyad Əliyev. Müasir uroloji mərkəz sizin xidmətinizdədir.

Uroloq həkim olaraq nəzərinizə çatdırım ki, xəstəxanamız və kollektivimiz uroloji – androloji profildə ixtisaslaşmışdır. Belə ki, klinikamız hər növ endoskopik, endouroloji, laparoskopik, mikrocərrahi avadanlıqlarla, yüksək dəqiqlikli görünüş verən mikroskopla təchiz edilmişdir. Həmçinin klinikamızda ən müasir standartlara cavab verən rentgen – uroloji kabinet, böyrək daşlarının paraçalanması üçün kontakt – lazer litotripsiyası, endoskopik, laparoskopik və lazer cərrahiyyəsi üçün zəruri olan hər cür avadanlıqla təchiz olunmuş əməliyyatxana, təcrübəli kollektiv fəaliyyət göstərir. Labarotoriyamız yüksək səviyyədə, hər cür İFA ( immunoferment analiz ), biokimyəvi, PZR ( polimeraz zəncirvari reaksiya ) müayinəsinin aparılması üçün zəruri olan avadanlıqlarla təchiz olunmuşdur.

Uroloq tanışın var yaxşı ?

Bəlkə də dünyanın hər yerində belədir, sağalamlığımızla əlaqədar problem yarandıqda mütləq yaxşı həkim axtarışına çıxırıq. Ona görə də tez qohum – əqrəbədən, dost – tanışdan, iş yoldaşı, sinif yoldaşından yaxşı həkim soruşuruq . Əgər probleminiz böyrək daşı ilə əlaqədardırsa ən yaxşı uroloq Bakıda kimdir və.s kimi axtarışlar edirsiniz. Bakıda ən yaxşı uroloq çoxdur. Lakin sizə lazım olanı sizin yaxınlarınızı, tanışlarınızdan kimisə əmliyat edib onu sağaldan həkimdir. Lakin geniş nformasiya məkanında sizə lazım olmayan ünvana düşmək ehtimalınız da az deyildir. 

Uroloq Ziyad Əliyev: Bizim üstünlüyümüz nədir? Bizi seçməyinizin səbəbləri

Uroloq - dr Ziyad Əliyev böyrək daşlarının lazerlə müalicəsi

  1. Peşəkar yanaşma : müasir və az travmatik müalicə metodları ( mikrocərrahiyyə, lazer və endoskopik cərrahiyyə )
  2. Xaricdə və ölkəmizdə müasir tələblər səviyyəsində ixtisaslaşma.
  3. Sizdə yanaşı gedən xəstəliklərin olduğu halda digər sahələrdən olan peşəkar həkimlərimizlə konsilium eləmək imkanımız.
  4. Digər xəstəxanalarda aparılmış uğursuz əməliyyatların xətasının aradan qaldırılması imkanımızın olması.
  5. Endoskopik və laparoskopik əməliyyatların və diaqnostik prosedurların uğurla aparılması üçün lazım olan bütün avadanlıqlar Avropa Uroloqlar Assosiasiyasının standart və tövsiyyələrinə uyğundur. ( Karl Storz – Almaniya istehsalıdır). 
  6. Təcrübəli anestezioloq – reanimatoloq komandamız var ki, adi stasionarlarda xəstəyə narkoz verməkdən imtina edildiyi halda bizim komandamız belə ağır yükün altına girib ordan üzü ağ çıxmağı bacarır.
  7. Komfort : xəstələrin yazıldığı vaxta uyğun gecikmədən qəbulu, hər şəraiti olan stasionar və əməliyyatdan sonra xəstələrə xüsusi diqqət . ( damar genişlənməsi )

Uroloq həkim Ziyad Əliyev: Fəaliyyətimiz haqqında ətraflı məlumat

https://boyrekdasi.az/

https://androloq.az

https://varikosele.az

https://prostatvezi.az/