Həkim uroloq-androloq ZİYAD ƏLİYEV
(050) 571 49 51 (055) 571 49 51

Daşla əlaqədar digər məlumatlar

Oksalat daşları

Böyrək daşları arasında ən çox rast gəlinən daşlar oksalat daşlarıdır. Bütün böyrək daşlarının 75 – 80 % – i  oksalatdır. Oksalat daşları əsasən kalsium oksalat şəklində olur. Sidik daşı xəstəliyi yeni doğulmuşdan tutmuş yaşlı insanlara qədər bütün yaşlarda rast gəlinən xəstəlikdir.

 

oksalat daşları

Tərkibinə görə daşlar fərqlənir. Oksalat daşları çox sərt daşlardır. Ona görə də rentgen müayinədə asan aşkarlanır. Rentgen müayinədə aşkarlana bilən daşlara rentgenpozitiv daşlar deyilir. Bunlar sərt daşlardır, yəni sıxlıqları yüksəkdir. Urat daşları isə rentgen müayinədə görünmür, onlar rentgenneqativdir. Tərkibləri müxtəlif olan daşlar rənglərinə görə də fərqli olur. Oksalat daşları tünd boz – qara rəndə, səthi qeyri – hamar, girintili – çıxıntılı olur.

İlkin daşın yaranmasında və əməliyyatdan sonra təkrarən daşın əmələ gəlməsi sidiyin Ph – na çox bağlıdır. Təkrari daş əmələ gəlmə riskini qiymətləndirmək üçün də ph göstəricisi istifadə olunur. Ph metrin göstəricisi 7 olduqda neytral mühitdir. Sidiyin normal ph – ı zəif turşdur, təqribən 6,0 olur. Amma bu Ph qida qəbulundan asılı olaraq tez – tez dəyişir 4,5 – 8 arası variasiya edir. Məlum olmuşdur ki, yüksək Ph – da ( yəni qələvi mühit ) əsasən qələvi daşlar ( fosfatlar ), aşağı ph – da isə ( yəni turş mühitdə ) turş daşlar ( oksalat, urat və sistin daşları ) yaranır.

 

Qidalanma – oksalat daşları zamanı

Ən çox, tez – tez və ifrat miqdarda sitrus meyvələri yeyən, onların sokunu çox içən, çay, kofe, şokalad çox qəbul edən, həmçinin müxtəlif salatlar, çuğundur, göyərti çox yeyən insanlarda rast gəlinir. Turşəng turşusu bitkilərin yarpaklarında olur əsasən. Həmçinin orqanizmdə kalsium çatışmazlığı olduqda da oksalat daşları yarana bilir. Belə ki, orqanizmdə əmələ gələn oksalatlar kalsiumla birləşərək sidiyin tərkibində orqanizmdən xaric olur. Eyni zamanda kalsium artıqlığı da oksalat daşlarına səbəb ola bilir. Belə ki, insanın sutkalıq ortalama kalsium ehtiyacı 1000 mq – dır. Əgər orqanizm yalnız eyni tipli qidalarla qidalanarsa, məsələn uzun müddət süd məhsulları qəbul edərsə qəbul olunan kalsiumun miqdarı tələbatdan artıq olar. Belə olduğu halda kalsiumun artıq miqdarı sidiyin tərkibində bədəndən atılır.

 

Oksalat daşları

Qanda kalsiumun artıqlığı hiperkalsiemiya, sidikdə kalsiumun artıqlığı hiperkalsiuriyadır. Sidikdə tək kalsiumun yüksəkliyi böyrək daşına səbəb olmaz.  Bunun üçün mütləq oksal turşusu ( turşəng turşusu ) da olmalıdır. Heyvan mənşəli qidalarda turşəng turşusu olmur, yalız bitki mənşəli qidalarda turşən turşusu mövcuddur. Turşən turşusunun insan orqanizmində rolu barədə elimdə tam məlumat yoxdur. O bitki mənşəli qidaların tərkibində daxil olur bağırsaqlara. Əsas hissəsi yoğun, bir qismi də nazik bağırsaqdan sorulur qana və orqanizmdən sidiklə xaric olur. Ona görə də göyərti yeyərkən yanaşı olaraq qatıq, yoqurt yaxud digər süd məhsulları tövsiyyə olunur. Bu zaman bağırsaqlarda olan turşəng turşusu süd məhsullarında olan kalsiumla birləşər və orqanizmə sorulmur, nəcislə bədəndən xaric edilər. Əgər bağırsaqda birləşməyə kalsium yetməzsə turşəng turşusu qana sorulur və sidikdə olan kalsiumla birləşir və nəticədə kalsium oksalat daşı yaranır.

Məsləhətdir yemək : buğda çörəyi, qaynadılmış yağsız ət, qaynadılmış yumurta, yağsız süd məhsulları, bitki yağları, kərə yağı, meyvələr, qazsız mineral sular.

Məhtudiyyətlə yeməli : kahı, limon

Məsləhət deyil : duzlu qidalar, konservləşdirilmiş, hisə verilmiş, yarımfabrikantlar, fast – food qidalar, şirniyyat, tünd bulyonlar, kartof, kofe, kakao, kakaotərkibli qidalar, alkoqollu içkilər, qazlı içkilər, göbələk. Əncir, gavalı, turşəng, ispanaq, pomidor, kahı, cəfəri, kəklikotu, fındıq, fıstıq, badam xüsusilə zəngindir oksalatla.

 

Profilaktika. Oksalat daşları zamanı həyat tərzi

 

Oksalat daşları

Aktiv həyat tərzi yaşamaq, idmanla məşğul olmaq, təmiz su çox içmək ( gün ərzində 2,5 – 3 litr ), yuxarıdakı dietaya ciddi əməl etmək imkan daxilində və soyuqdan qorunmaq. Əgər sizdə oksalat daşı olubsa ( yaxud yaxın adamınızda ) çalışmaq lazımdır ki, təkrarən daş əmələ gəlməsin. Bunun üçün yuxarıda yazılanlara laqeyid qalmayın.

 

Müalicə

Oksalat daşları çox sərt olduğundan onları əritmək, həll etmək mümkün deyil. Müalicəsi bütün digər daşlarda olduğu kimi ölçüsündən asılıdır. Əsas müalicə yolu lazerlə daşqırmadır, buna kontakt lazer litotripsiya deyilir. Ölçüsü 4 mm – ə qədər olarsa çox maye içməklə, çox hərərkət etməklə onu bədəndən qovmaq olar sidiklə. Düzdür, əksər hallarda bu da ağrısız olmur. 5 mm və daha böyük daşlar sidik axarına düşərkən əksər hallarda böyrək sancısı verir. Böyrək sancısı dedikdə daşın axara düşməsilə böyrəkdən sidik kisəyə axan sidiyin qarşısı tutulur, nəticədə sidik böyrək ləyənində yığılır, oranı gərgin genişləndirir. Bu isə şiddətli ağrı verir pasientə. Bu ağrıya böyrək sancısı deyilir. Böyrək sancısı barədə daha ətraflı androloq.az saytında və https://boyrekdasi.az/   saytında. 

Əgər daş düşə bilən daşdırsa bir neçə gün, hətta 2 həftə ərzində konservativ müalicə oluna bilər.Oksalat daşları Əlbəttə ki, hər bir konkret situasiyada fərdi yanaşma tələb edir. Bunu isə həkimin kliniki təcrübəsi, bilik və bacarığı müəyyən edir. Bəzən elə hal olur ki, daşın yerləşməsinə görə, yaxud böyrəkdə irinli iltihabın başlama təhlükəsi olduqda birbaşa cərrahi müdaxilə yaxud stent qoyma əməliyyatına qərar verilir. Stent qoyma haqqında androloq.az saytında ümumi urologiya bölümündə ətraflı yazmışam. Əməliyyat dedikdə bu sizi qorxutmasın, bu tam anesteziya altında aparılan endoskopik proseduradır. Ucluğu yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş alətlə sidik kamalına, oradan sidik kisəyə və sidik axarına daxil olunur. Bütün bu iş ekrana ötürülən aydın görüntü altında həyata keçirilir. İnsan bədənində heç bir kəsik, dəlik olmur.

 

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda :

https://prostatvezi.az/

https://boyrekdasi.az/

https://varikosele.az/

https://androloq.az/

QƏBULA YAZIL

İşarəni götür*

Sosial şəbəkələrdə paylaş

HƏKİM ZİYAD ƏLİYEVİN UĞURLA MÜALİCƏ ETDİYİ XƏSTƏLİKLƏR